Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yardımlı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Zahid Azad oğlu Zairlinin doğum günüdür.
Zahid Zairlinin sabah 24 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.
Eyni zamanda, Şəhidin adına ehsan süfrəsi təşkil olunacaq.
Etikxeber.az xəbər verir ki, Zahid Zahirli 10 may 2000-ci il tarixində Yardımlı rayonunun Dəlləkli kəndində sadə bir ailədə dünyaya göz açıb…
Ailədə 6 uşaq – 3 bacı, 3 qardaş olublar…
Zahid isə evin, ailənin son beşiyi idi…
2006-cı ildə Dəlləkli kənd ümumi orta məktəbində birinci sinfə gedib və 2015-ci ildə 9 illik təhsilin başa vurduqdan sonra AZMİU-nun nəzdindəki İnşaat Kollecinə daxil olub…
Kolleci bitirdikdən sonra, 2019-cu ilin 23 iyul tarixində həqiqi hərbi xidmətə yollanıb…

Zahidin uşaqlıqdan arzusu həmişə Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) snayperçi olmaq olub…
Bu arzusu da reallaşıb, Əsgərlikdə olarkən XTQ-nın baş snayperçisi seçilib…
İkinci Qarabağ Savaşı başlayan gündən də bir Xüsusi Təyinatlı kimi döyüşlərə qatılıb…
Murovdan Suqovuşana, Suqovuşandan Cəbrayıl və Füzuliyə, Hadrutacan şərəfli döyüş yolu keçib…
İkinci Vətən Müharibəsinin 11-ci günündə, oktyabr ayının 7-də Cəbrayıl rayonununda gedən qızğın döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, 8 oktyabr 2020-ci il tarixində Dəlləkli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra isə 4 medalla – “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Kəlbəcərin azad olunmasına görə” və Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…
20 yaşında Şəhidlik məqamına ucalan Zahid həm də subay olub…
Yardımlıda adını daşıyan küçə var…
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 24 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az