Rəşad Atakişiyevin dəfn mərasiminə, Qabil Hüseynlinin açıqlamasına fərqli münasibət – SİYASİLƏR BURADA DA ANLAŞA BİLMƏDİ – YENİLƏNİB

Polkivnik-leytenant Rəşad Atakişiyev son mənzilə belə yola salınmamalıydı. O, ölkə rəhbərlərinin, müdafiə nazirinin, müxalifət liderlərinin, millət vəkillərinin çiynində uğurlanmalı idi. Onun nəşinin ardınca minlər, on minlər sıralanmalı idi.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli deyib.

“Bizə imkan vermədilər, özləri də zəhmət çəkib yay istirahətlərini pozmadılar. Şəhidimiz daha çoxunu haqq edirdi və bu, ondan çox bir millət kimi bizə lazım idi.

Toparlanmaq, Paşinyanın həyasız təhdidləri qarşısında bir millət olaraq bütövlüyümüzü, birliyimizi nümayiş etdirmək üçün…”-deyə, o, sonra qeyd edib.

resad-pilot

Millət vəkili Fazil Mustafa isə bir qədər fərqli düşünür və daha çox jurnalistikanı günahkar hesab edir:

“Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər”.

Son 24 saatda sosial şəbəkədə ən çox müzakirə olunan, bir çox hallarda şəhid pilotun qayınatası Qabil Hüseynlini qınaq obyektinə çevirən müraciətin mətni. Əslində qınaq obyektinə Qabil Hüseynli deyil, Azərbaycan jurnalistikası və sadə bir mətni çözə bilmədən qəzəb püskürən minlərlə diplomlu-diplomsuz adam çevrilməliydi. Əgər bu cür mətnin başlığana çıxarsan ki, “müxalifət bu dəfnə qatılmasın!” o halda insanlar haqlı olaraq adamı hədəf götürə bilərdilər. Çünki belə bir çağırış bölücülük deməkdir və mənəvi baxımdan yolverilməz sayılmalıdır.

İlk öncə araşdırmaq lazım ki, bu cür başlığı kim sırıyıb mətn oxuyub anlamayan, sadəcə başlığa baxıb fikir bildirən cəmiyyətə? Axı bu müraciətin mətnində “müxalifət” sözsü qeyd olunmur, hətta sətiraltı müxalifətin nəzərdə tutulduğu düşünülsə belə, kiminsə fərd olaraq dəfnə qatılmasını məhdudlaşdıran hansısa çağırış yoxdur! “Müəyən siyasi partiyalarıın və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident götürmək” ifadəsini “səmimi olmayan niyyətlə mərasimə qatılmaq istəyən şəxslərdən xahiş edirik ki, vida mərasiminə qatılmasınlar” ifadəsi ilə əvəz etsək bir məna dəyişikliyi baş verməz ki?”

Onun sözlərinə görə, Şəhid bütün millətindir.

“Buyurun fərdi qardada öz kimliyinizlə, yəni, qrup və ya partiya kimliyinizlə deyil, məhz öz vətəndaş kimliyinizlə mərasimə qatılaydınız, kimsə buna görə sizi qınasaydı, o halda bu davranışı səviyyəsiz davranış olaraq dəyərləndirə bilərdiniz. Yəni, Qabil Hüseynlinin müraciətində konkret olaraq müxalifətin qatılmamasını ehtiva edən mənanı mən tapa bilmədim.

O halda ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz? Əslində bu vida mərasimində ən böyük anormallıq media təmsilçilərinin mərasimi sərbəst şəkildə işıqlandırmağa yaradılan əngəl idi. Bu məmləkətdə bir şəhidin vida törəninin işıqlandırlmasına hansı ağılla əngəl yaradılıb, anlaşılmayan budur”-deyə, millət vəkili sözlərinə əlavə edib.

***

“Yəqin ki, qardaş Türkiyədə şəhidlərin dəfn mərasimini TV-lərdən izləmisiniz – iqtidar, müxalifət bir yerdə, eyni cərgədə saf tuturlar, birlikdə cənazə namazı qılırlar, bu da düşmənlərə birlik-bərabərlik mesajı olur, dövlətin xarici düşmənlərə qarşı qətiyyətlə mübarizə apardığını göstərir.

Türkiyədə belə mərasimlərdə iqtidar-müxalifətin birgə saf tutması “Devlet erkanı” adlanır. Yəni, əsl dövlət olmaq belə ənənələrdən keçir. Allah şəhidimizə rəhmət eləsin, vəzifəsi, kreslosu olub da, dövlət adamı ola bilməyənlərə də ağıl versin. Amin!”.

Bunu da”REAL”-ın liderlərindən olan Natiq Cəfərli öz “Facebook” statusunda yazıb.

Digər siyasətçi, BAXCP rəsmisi Elçin Mirzəbəyli öz növbəsində radikal adlandırılan qüvvələri ittiham edib.

“Rəşad Atakişiyevin dəfn mərasimini siyasiləşdirməyə çalışanlar, guya mərasimə “müxalifət nümayəndələrinin buraxılmadığını” iddia edənlər son 25 il ərzində etdikləri siyasi tərbiyəsizlikləri, Azərbaycan xalqının minillərin sınağından keçərək bu günümüzə qədər gəlib çıxmış dəyərlərini necə ayaqlar altına atdıqlarını nə tez unudublar?

Bəlkə Əbülfəz Elçibəyin vida mərasimində sərgilədikləri misli görünməmiş tərbiyəsizliyi xatırladaq onlara… Dövlətçilik ənənələrini, öncədən əldə olunmuş razılaşmanı, protokolu, etik davranış qaydalarını necə kobudcasına, aşırı tərbiyəsizliklə pozduqlarını çırpaq taxta qafalarına? Bəlkə Elmar Hüseynovun dəfnini xatırladaq, yaxud Əbülfəz Elçibəyin qəbirüstü abidəsi ilə bağlı məsələni necə siyasi alver predmetinə çevirdiklərini bircə – bircə gözləri önünə sərgiləyək?

Əbülfəz Elçibəyin xanımının vəfatı, dəfni və yas mərasimi ətrafında sosial şəbəkələrdə apardıqları iyrənc kampaniyanı yadlarına salaq bəlkə? Ayağı dəyən yerdə ot bitməyən siyasi kosanın, fit müxalifətinin tör-töküntüləri yalnız ölkənin siyasi münasibətlər sisteminə zərbə vurmayıblar, bizi biz edən dəyərləri, etik davranış qaydalarını, siyasi dövlət əxlaqını hədəfə alıblar. Bu onların gerçək siması, mahiyyətidir”-deyə, E. Mirzəbəyli vurğulayıb.

Etikxeber.az

Read Previous

“Üçlər”in görüş vaxtı bəlli oldu – SENTYABRIN 16-SI

Read Next

“Meydanda ən yaxşısını, düzgün olanı etməyə çalışacağıq” – QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir