Rəşad Məcid Ali Baş Komandanın son Kəlbəcər və Laçın səfərlərindən-YAZDI

Vətən sevgisiylə çırpınan ürək

***

Cənab Prezidentin iki gün ərzində Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.

Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin yükü və ağırlığından xəbər verir.

İki gündə 20-dən artıq tədbir!

Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət edir, ətrafı, insanları da bürüyür və fəxarət, qürur hissi doğurur.

Mayın 10-da Ümummilli liderin doğum günündə Şuşadan etdiyi müraciətində “…Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq” – deyən Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı olduğunu hər gün, hər an hiss elətdirir.

Hələ 10 il əvvəl – 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən demişdim:

“Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq…Biz buna inanırıq. Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır….Gördüyünüz böyük işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun!”

Bütün bu möcüzəvi fəaliyyətin özəyində Vətən sevgisiylə çırpınan ürəyin durduğuna isə hər gün bir daha əmin oluruq – elə bu iki gündə əmin olduğumuz kimi.

Durmadan, dayanmadan Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, abadlığına çalışan Prezidentin fəaliyyətini, Kəlbəcər və Laçındakı heyrətamiz quruculuq işlərini, 30 ildən sonra yurduna dönən laçınlıların alqış və dualarını həyəcansız izləmək mümkün deyil.

Var olun, Cənab Prezident!

Sizinlə qürur duyuruq!

Tanrı Vətənimizi, Xalqımızı, Sizi qorusun!..

Rəşad MƏCİD,

Mətbuat Şurasının (AMŞ) sədri

Etikxeber.az

Read Previous

İlham Əliyevə Laçın şəhərinin Baş planı-TƏQDİM OLUNDU – FOTO

Read Next

Laçında Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur küçələrində lövhələrin-AÇILIŞI OLDU – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir