Rəşad Məmmədov Özbəkistana, Rəşad Aslanov isə Türkiyəyə-SƏFİR GÖNDƏRİLDİ – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri geri çağırılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Rəşad Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri vəzifəsindən geri çağırılıb.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

***

Prezidentin digər Sərəncamı ilə Rəşad Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Etikxeber.az

Read Previous

Goranboylu Şəhid atası Xaliq Nuriyev-VƏFAT ETDİ…

Read Next

Şəhid Əliyev Əfqan Mirzə oğlu-ƏBƏDİYAŞAR QƏHRƏMAN!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir