Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Azərbaycanda növbədənkənar (6-cı çağırış) parlament seçkiləri-səsvermə keçiriləcək.
Etikxeber.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, ölkədə 5 milyon 329 min 460 seçici var.
Qeyd edək ki, səsvermə hüququna malik olan seçicilərin tam da olmasa, əksəriyyətinin sabah seçki məntəqələrinə gələrək, istədikləri namizdə səs vermələri gözlənilir.
Bəs görəsən, ölkənin tanınmış, məşhur simaları və rəsmi şəxsləri harada və hansı seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcəklər?
Ölkə Prezidenti İlham Əliyev bu günə kimi, Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.
Ölkə başçısının Birinci vitse-prezident Mehriban Əliyeva və digər ailə üzvləri ilə birlikdə yenə həmin seçki məntəqəsində səs verəcəkləri gözlənilir.
Milli Məclisin (MM) sədri Oqtay Əsədov Bakının 7 saylı məktəbində yerləşən 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.
Çünki son zamanlara kimi, həmin məntəqədə səs verib.
Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin bu dəfə də 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edəcəyi bildirilir.
“Jurnalist dostların suallarına cavab olaraq bildirim ki, mən sabah saat 10- da 20 saylı dairənin 23-cü məntəqəsində səs verəcəm”.
Bunu isə eks-spiker, deputatlığa namizəd İsa Qəmbər deyib.
Qeyd edək ki, 23-cü məntəqə Avesta şirkətinin arxasındakı həyətdə yerləşir.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi – Sədr müavini Əli Əhmədov 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.
Bununla yanaşı, 6-cı dəfə deputatlığa namizəd-MM Sədrinin birinci müavini Ziyafət Əsgərovun sözügedən məntəqədə səs verəcəyi gözlənilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edəcək.
MM sədrinin müavini, YAP İdarə Heyətinin üzvü, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində səs verəcək.
Sabiq Daxili İşlər naziri, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 29 saylı Səbail Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səs verəcək.
Etikxeber.az