Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb – DİN

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Məmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki körpələr evinin binasından asılan barelyefinin oğurlanması ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon polis idarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.

eminnnn

Polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Oğurluq hadisəsini törədənlərin şəxsiyyəti həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qısa müddətdə müəyyənləşib. Cinayəti törətməkdə şübhəli bilinənlərdən iki nəfər saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı, həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonunda və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqələrindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Etikxber.az

Read Previous

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna yeni qeyd əlavə olunur…

Read Next

Reproduktiv sağlamlıq, insan orqanları və eynəklər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir