Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
YAP-çı deputatdan Rəsulzadə və Cümhuriyyət qurucuları ilə bağlı iki önəmli TƏKLİF
Millət vəkili Aydın Mirzəzadə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) böyük tarixi rolunun qiymətlədirilməsi üçün iki təklif irəli sürüb.
Millət vəkili Etikxeber.az-a açıqlamasında bildirib ki, birinci təklifi Bakı şəhərində “Cümhuriyyət” prospekti ilə bağlıdır
“İstərdim ki, Bakıda bir “Cümhuriyyət” pospekti olsun.
Ya da mövcud prospektlərdən birinin adının dəyişdirilərək, “Cümhuriyyət” prospekti , ya da hansısa yeni bir prospekti bu adla adlandırmaq olardı.
“Cümhuriyyət” prospekti o şanlı tarixi bir daha hər birimizin yadına salar, o tarixə yüksək hörmətimizi bir daha göstərərdi.
İkincisi, Bakı şəhərində Cümhuriyyət rəhbərlərinin heykəl kompleksinin qurulmasını təklif edirəm.
Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Hacınski qardaşları, Xosrov bəy Sultanov və digərlərinin heykəl kompleksinin şəhərin mərkəzində ucaldılması Xalq Cümhuriyyətinin tarixinə bizim yüksək hörmətimizi bir daha nümayiş etdirmiş olardı”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az