Rəqsanə İsmayılovanın dəstəyi və Şəhid qızı Nərmin Şabanqızının təşkilatçılığı ilə 30 min Şəhidin xatirəsinə həsr olunmuş-MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bakıda, “Grand Neon”-da 30 min Şəhidin xatirəsinə həsr olunmuş mərasim düzənlənib.

Ehsan mərasimi Şəhid ailələri, Şəhid valideynləri və Qazilərin iştirakı ilə baş tutub.

Qeyd edək, mərasim tanınmış müğənni Rəqsanə İsmayılovanın təşəbbüsü, dəstəyi və Şəhid qızı Nərmin Şabanqızının təşkilatçılığı ilə keçirilib.

Mərasimdə, ehsan süfrəsində Azərbaycanın müxtəlif bölgələrindən olan yüzlərlə Şəhid anası, Şəhid ailəsinin üzvü, Qazilər, hərbçilər, millət vəkilləri (Aydın Mirzəzadə, Jalə Əhmədova və Vüqar İskəndərov), sənət adamları iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, tədbir Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə “Quran” oxunub, Şəhidlərin ruhlarına dualar olunub.

Sonra çıxışlar edilib, İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, Şəhidlərimizin İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Həmçinin, Şəhid ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Həm Rəqsanə İsmayılova, həm də Nərmin Şabanqızı Şəhid ailələri qarşısında çıxış etməyin çətin, məsuliyyətli və şərəfli olduğunu bildiriblər.

Qeyd ediblər ki, Şəhidlərimiz, onların ailələri, Qazilərimiz heç zaman unudulmayıblar və unudulmayacaqlar.

Mərasimdə Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar, İlhahilər, şeirlər səsləndirilib.

Şəhid ailələri də öz növbəsində Rəqsanə İsmayılova və Nərmin Şaban qızına minnətdarlıqlarını ifadə edilər.

FOTOLAR

18:20

***

18:25

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 161 yeni-YOLUXMA…

Read Next

21 küçə və prospektdə sıxlıq var-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir