Rəşid Behbudovun bacısı-NƏCİBƏ BEHBUDOVANIN OĞLU CƏFƏR BEHBUDOV VƏFAT ETDİ…

Azərbaycanlı tanınmış  estrada müğənnisi Cəfər Behbudov vəfat edib.

Etikxeber.az  xəbər verir ki.xəbər verir ki, müğənni bu gün səhər saatlarında Ukraynada dünyasını dəyişib.

Qeyd edək ki, ötən əsrin 80-ci illərində Azərbaycanda məşhur olan C.Behbudov korifey sənətkar Rəşid Behbudovun bacısı oğludur.

C. Behbudovun anası-mərhum Nəcibə Behbudova da Azərbaycanın tanınmış aktrisalarından olub.

Əməkdar aktrisanın teatr rejissoru Ağaəli Məstanovla evliliyindən iki övladı olub ki, onlardan biri də mərhum C. Behbudov idi.

Qeyd edək ki, istedadlı və tanınmış estrada müğənnisi ötən əsrin 90-cı illərində Azərbaycanı tərk edərək, Ukraynada yaşayıb.

O, bir neçə il öncə Azərbaycanı tərk etməsinin səbəbini belə izah etmişdi:

“…Mən Azərbaycan Televiziyasının estrada orkestrinin solisti idim. Bir gün işə gələndə mənə dedilər ki, ixtisara düşmüşən. Qaldım belə. Ora-bura getdim. Səbəbini öyrənə bilmədim. Beləcə bir müddət işsiz qaldım. Çox qarışıq zamanlar idi 90-cı illərin əvvələri. Bakıda iş tapmaq çətin idi. Getdim o zaman mədəniyyət naziri olan Polad Bülbüloğlunun qəbuluna.. Mənə dedi “gözlə”. Gözlədim bir müddət. Nə qədər gözləmək olardı axı? Sonra dostlar mənə məsləhət gördülər ki, Ukraynaya gəlim. Mən də gəldim.

modern.az_cefer_333

Bir müddət Kiyevdə musiqi ilə məşğul oldum. Mahnılar oxudum müxtəlif yerlərdə. Sonra daha başqa təkliflər gəldi. Bilirsinizmi, mən bütün sənətimi, populyarlığımı, arzularımı Bakıda qoyub gəldim Ukraynaya. Burda hər hansı bir musiqiçi  karyerası qurmaq niyyətim olmayıb. Sadəcə pul qazanmaq və yaşamaq. Sənəti həmişəlik Bakıda qoydum. Ukraynaya gələndə tanınmaq istəmirdim…”.

“Azərbaycanla əlaqələriniz varmı” sualına cavabında isə bunları demişdi:

“…O qədər də yox. Bir bacım yaşayır Bakıda. Hərdən onunla zəngləşirik. Kiyevdə əvvələr Azərbaycan səfirliyinin təşkil elədiyi şənliklərə, tədbirlərə dəvət edirdilər. Gedib orada könhə mahnılarımıdan oxuyurdum. Sağ olsunlar, mənim hörmətimi həmişə saxlayıblar…”.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

GUAM xarici işlər nazirlərinin 34-cü iclası – BMT-DƏ

Read Next

Milli Şuranın mitinqinə icazə verildi – MÜXALİFƏT İSƏ “LÖKBATAN”A GETMƏK İSTƏMİR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir