“Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, onlara baha başa gələ bilər”-XİN-DƏN XƏBƏRDARLIQ

Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir.

Etikxeber.az-ın məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin şərhində bildirilib.

Qeyd edilib ki, rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər:

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik”.

Etikxeber.az

Read Previous

Daha 380 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Read Next

“Kommunikasiyaların açılması, ticari-iqtisadi və digər əlaqələrin qurulması iqtisadi baxımdan da Cənubi Qafqazda üstün olan Azərbaycanın şəksiz hegemonluğuna gətirəcək”-MUSA QASIMLI BELƏ DÜŞÜNÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir