“Rəsul Quliyev 30 ildir oturub Amerikada, erməni lobbisinin dili ilə danışır… Deyir ki, Qarabağın bir hissəsini ermənilərə verib, münaqişəni həll etmək olar… Necə, yəni? Torpağı vermək olar?”-SİYAVUŞ NOVRUZOV

Rəsul Quliyev 30 ildir oturub Amerikada, Amerika xüsusi kəşfiyyatına işləyir, ona görə, oradakı erməni lobbisinin dili ilə danışır. Deyir, Qarabağın bir hissəsini ermənilərə verib, münaqişəni həll etmək olar. Necə, yəni? Torpağı vermək olar?

Etikxeber.az xəbər verir ki, bunu Modern.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

“Yaxşı xatirimdədir, Ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağla əlaqədar bir toplantı keçirirdi. Keçmiş strukturların, hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasətçilər hamısı iştirak ediblər. Orada məsələ qalxdı ki, Dağlıq Qarabağ Ermənistana verilsin, ətraf əraziləri geri alaq. Cənab Prezident İlham Əliyev də həmin toplantıda iştirak edirdi. Heydər Əliyev, İlham Əliyev və Murtuz Ələsgərov bu fikirləri səsləndirənlərin başına bir oyun açdılar, gəl görəsən. Dedilər ki, Azərbaycanın 1 metr torpağını belə ermənilərə vermək mümkün deyil. Ümummilli lider dedi “bu torpaq sənindir ki, verirsən?” Görün vəziyyət necə idi? Ona görə Rəsul Quliyevin dedikləri sayıqlamadan başqa bir şey deyil…”-deyə, o, əlavə edib.

Etikxeber.az 

Read Previous

Düşmən yenə Tovuzu, Gədəbəyi, Tərtəri və Goranboyu-ATƏŞƏ TUTDU…

Read Next

“Paşinyana inananların menyusu, siyasi müzakirəsi üçün çox yaxşı çağırışdır-özlərini bir balaca əziyyətə salıb düşünsünlər: Ermənistan Dağlıq Qarabağı özü tanımırsa, başqalarından necə tanıma tələbində buluna bilər?”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir