Rəsulzadəyə heykəl qoyulsun, yeni “Cümhuriyyət” prospekti yaradılsın – YAP-ÇI DEPUTAT

YAP-çı deputatdan Rəsulzadə və Cümhuriyyət qurucuları ilə bağlı iki  önəmli TƏKLİF

Millət vəkili Aydın Mirzəzadə  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)  böyük tarixi rolunun qiymətlədirilməsi üçün iki təklif irəli sürüb.

Millət vəkili Etikxeber.az-a açıqlamasında bildirib ki, birinci təklifi Bakı şəhərində  “Cümhuriyyət” prospekti  ilə bağlıdır

“İstərdim ki, Bakıda bir “Cümhuriyyət” pospekti  olsun.

Ya da mövcud prospektlərdən birinin adının dəyişdirilərək, “Cümhuriyyət” prospekti , ya da hansısa yeni bir prospekti bu adla adlandırmaq olardı.

“Cümhuriyyət” prospekti o şanlı tarixi bir daha hər birimizin yadına salar, o tarixə yüksək hörmətimizi bir daha göstərərdi.

İkincisi,  Bakı şəhərində Cümhuriyyət rəhbərlərinin heykəl kompleksinin qurulmasını təklif edirəm.

Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Hacınski qardaşları, Xosrov bəy Sultanov və digərlərinin heykəl kompleksinin şəhərin mərkəzində ucaldılması Xalq Cümhuriyyətinin tarixinə bizim yüksək hörmətimizi bir daha nümayiş etdirmiş olardı”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Yerli əhali çox mehribandır…” – “ARSENAL”IN AZARKEŞİ

Read Next

“101 il öncə quru torpaq üzərində yoxdan bir dövlət var oldu, var edildi…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir