Rafael Ağayev “Karate 1” seriyasından Premyer Liqa turnirində bürünc medal qazandı

Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) “Karate 1” seriyasından Premyer Liqa turniri başa çatıb.

Etikxeber.az xəbər verir ki, karateçimiz Rafael Ağayev (75 kq) yarışın bürünc medalını qazanıb.

Fransalı idmançı Loqan Da Kostaya həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn idmançımız dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.

Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

“Karate 1” seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.

Etikxeber.az

Read Previous

“Əsas islahat insanların şüurlarında getməlidir…” – KOMİTƏ SƏDRİ

Read Next

Ukraynada yeni – şoumen Zelenski dönəmi… – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir