Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verildi – YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, MSK sədri Məzahir  Pənahovun sədrliyi ilə keçirilən  iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, R. Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

rafael cebrayil

“Rafael Cəbrayılov Milli Məclisə müraciətində qeyd edib ki, III və IV çağırış deputat vəsiqəsini girov qoymayıb”.

Bunu MSK katibi Mikayıl Rəhimov deyib.

MSK katibi bildirib ki, R. Cəbrayılov müraciətdə bunun yalan olduğunu vurğulayıb.

“Məktubda bildirib ki, bu məsələ tamamilə yalandır. Vəsiqəsi özündədir. Qeyd edim ki, onun 15 illik deputat fəaliyyəti ilə bağlı MSK- ya xüsusi şikayətlər daxil olmayıb. Son dövrlər mətbuatda yazılanlar isə onun nə qədər qeyri-səmimi davrandığını göstərir.

Deputat mandatından kənar fəaliyyətlə məşğul olursansa, bu, həm öz adına, həm də  Milli Məclisə xələl gətirir. Arzulayırdıq ki, deputat qanunazidd hərəkətlər etməsin. Əgər deputat mandatından imtina etmək istəyirdisə, o birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi. Ancaq o, Milli Məclisə müraciət edərək, onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur”.

***

“Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb”.

Bunu isə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, MSK üzvü Hüseyn Paşayev deyib:

“Biz bu hərəkəti nəinki hüquqa zidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”.

Sonda müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Etikxeber.az

Read Previous

Fernandez bir neçə ay yaşıl meydanlardan uzaqda qalacaq…

Read Next

Rafael Hüseynov AŞ-nin yeni baş katibi qarşısında Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilməsi məsələsini qaldırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir