“Sentyabrın 8-də böyük sənətkarımız Habil Əliyevlə əbədi ayrılığın 1 ili tamam olur.
Düz 1 il sonra da onun 90 illiyi gələcək”.
Etikxeber.az xəbər verir ki, bunu akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov öz “Facebook” səhifəsində yazdığı statusunda qeyd edib. Onun sözlərinə görə, Habil müəllim həmin yuvarlaq ildönümünü birgə qarşılayacağımıza söz vermişdi.
“Yəqin elə bu, həmişə sözündə dəqiq, sərrast olan ustad Habilin əməl edə bilmədiyi sön vədi oldu.
Əlbəttə ki, 2017-ci ildə Habil bayramı mütləq keçiriləcək. Amma nə xoşbəxt olardıq ki, o bayramda şuxluğu, şirinliyi, müdrikliyi, bütün təkrarsızlığıyla Habil Əliyev özü də bizimlə olaydı.
Elə 85 yaşının tamamında olduğu kimi!
Görkəmli sənətkarın 85 illik yubiley mərasimini Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filormoniyasında qeyd etdik.
Sevənlərinin, sənət dostlarının, doğmalarının sevgisiylə dolu idi zal…”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az