Ramazan bayramında Səbailli Şəhidlər-FƏRİD ƏLİYEV VƏ VÜSAL HƏSƏNOVUN AİLƏLƏRİ ZİYARƏT OLUNDU… – FOTOLAR

Bu gün-2 may müqəddəs Ramazan bayramında daha iki Şəhid ailəsini ziyarət etdik, daha iki Şəhid ailəsində olduq…

Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək və ailəli oğlu, iki övlad atası Fərid Əliyev və ailənin iki oğlan övladından biri, subay Vüsal Həsənovun ailəsini…

Ziyarətdə yenə hər zaman vətənpərvərlikləri ilə seçilən gənc ziyalılar-Fərid Nəsibzadə ( və onun xalası oğlu) və Araz Məmmədov iştirak edirdilər…

Hər iki Şəhid ailəsini ziyarətimiz üst-üstə iki saatdan çox çəkdi…

Şəhidlərimizin ailələrini müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdik, tutduqları orucların, etdikləri duaların qəbul olunmasını Böyük Yaradan dilədik, eyni zamanda, bir daha onlara Allahdan səbr və dözüm arzuladıq…

Söhbətləşdik, dərdləşdik, duyğulandıq, təsirləndik, kövrəldik, qürurlandıq…

Bir daha Nur üzlü Şəhidlərimiz və onları bu Vətən üçün yetişdirən ailələri, Şəhid ailələri ilə İftixar hissi keçirdik, onlarla bir daha Fəxr duyduq…

Qarşılarında bir daha baş əydik, bir daha baş əyirik!

Qeyd edək ki, Fərid Əliyev Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında, Vüsal Həsənov isə valideynlərinin doğulub boya-başa çatdığı, eyni zamanda, dünyasını vaxtsız dəyişmiş atasının dəfn olunduğu kənddə-Şabran rayonunun Zeyvə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Vüsal Həsənov 3 medalla, Fərid Əliyev 4 medalla təltif olunub.

Hər iki görüşün sonunda Şəhid ailələrinə bayram sovqatları təqdim olundu.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub -MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Əliyev Ərdoğanı Azərbaycana-SƏFƏRƏ DƏVƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir