Ramazanov əzmkarlığı ilə seçilən futbolçudur- Qurban Qurbanov

Ağdamın “Qarabağ” futbol klubu milli komandamızın hücumçusu Ağabala Ramazanovu transfer edib.

Etikxeber.az  xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu transferlə bağlı fikirlərini bildirərkən deyib ki, A. Ramazanov gənc və istedadlı futbolçudur, məğlub olmağı sevmir:

“Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq. Əminəm ki, o, komandamızda oynadığı müddətdə öz ustalığını artırmaq üçün yaxşı imkan qazanacaq. Ağabala əzmkarlığı ilə seçilən futbolçulardandır. O, komandamızın oyun üslubuna uyğun futbolçudur”.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub

Read Next

Rəsmi Moskva seçkilərdə Klintona mane olmağa çalışıb – ABŞ kəşfiyyatı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir