“Ramil Usubov cəmiyyətə açıqdır, təvazökardır, digərləri də…” – SAHİB ALIYEV

İsa Həbibbəyli: Son təyinatlar Azərbaycanın milli maraqlarına tam cavab verir

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan kadr siyasəti, kadr islahatları hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək, müsbət qiymətləndirilir və bunlar Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, gücləndirilməsi istiqamətində atılan addımlar kimi qəbul olunur.

Etikxeber.az akademik, AMEA-nın vitse-prezidenti, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ölkə prezidentinin son təyinatlarına münasibətini bildirərkən dilə gətirib.

Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən həyata keçirilən kadr siyasət və kadr islahatları Azərbaycan xalıqının və dövlətinin milli, dövlətçilik maraqlarına xidmət etməklə yanaşı, həm də ölkəmizin daha yüksək templərlə inkişafı prosesinə öz töhfələrini verir:

“Cənab prezidentin son kadr siyasəti, kadr təyinatları da hər bir kəs tərəfindən çox müsbət addımlar kimi dəyərləndirilir. Çünki son təyinatlarda yer almış insanlar hər biri Azərbaycan cəmiyyətində nüfuzları, xidmətləri, öz sahələrinin peşəkarları kimi tanınır. Hər birinin Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişafında, möhkəmləndirilməsində özünəməxsus xidmətləri var.

Cənab Ramil Usubov uzun illərdir ki, Azərbaycan daxili işlər orqanlarına uğurla rəhbərlik etmiş bir peşəkar kadrdır. Öz fəaliyyəti ilə həm Azərbaycan dövlətinə, həm ölkə rəhbərliyinə sədaqəti ilə seçilən vəzifə sahiblərindəndir.Onun Təhlükəsizlik Şurası kimi mühüm bir quruma rəhbər-katub təyin edilməsi ona göstərilən növbəti böyük etimad olmaqla bərabər, həm də Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, kadr islahalarının daha səmərəli şəkildə həyata keçirilməsi istiqamətində görülən ilərin davamıdır.

Vilayət Eyvazov öz işinin peşəkarı olan, daxili işlər orqanlarında böyük nüfuza malik, xidmətləri ilə tanınan bir insandır. Hesab edirəm ki, o yeni vəzifəsində də daim uğurları, Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmətləri ilə seçiləcək.

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilən Əli Nağıyev də Azərbaycanın layiqli kadrlarından, öz işinin, öz peşəsinin peşəkarlarındandır. O, təhlükəsizlik orqanlarında ən sıravi işçidən ən yüksək mərtbələrə qədər ucalmış, yol keçmi bir kadrdır. Onun yenidən təhlükəsizlik orqanlarına qaytarılması, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilməsi bu qurumun, bu sahənin daha da inkişafına və nəticə etibarı ilə ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə müsbət töhfələrini verəcək.

Həmçinin, təhlükəsizlik orqanlarında peşəkar fəaliyyəti ilə seçilən Mədət Quliyevin də yeni-müdafiə sənayesi naziri vəzifəsinin öhdəsindən uğurla və bacarıqla gələcəyinə heç bir şübhə yoxdur. O, əvvəlik vəzifəsini uğurla icra etdiyi kimi, yeni vəzifəsini də ondan artıq dərəcədə uğurla icra edəcək.

Bütün hallarda son təyinatlar, kadr islahatları bütövlükdə Azərbaycan dövlətinin  və Azərbaycan xalqının maraqlarına tam cavab verir. Kimlərinsə də bu islahatları, bu təyinatları başqa səmtə yönəltməyə çalışması, mənasız fikirləri söyləməsi isə heç bir halda Azərbaycan reallıqlarına uyğun gəlmir”.

isa-habib

sahib ali

“Dünən axşamdan və bu gün sosial şəbəkədə ən çox paylaşılan xəbər, şərh edilən məsələlərdən biri, bəlkə də birincisi cənab Prezidentin son kadr təyinatlarıdır. Jurnalistlərimizin bu haqda çoxlu suallarını nəzərə alaraq və eyni zamanda sosial şəbəkdə bulanıq suyla meydan sulayanların (söhbət bəlli çevrələrə bağlı ana mitinqçilərdən gedir, bəli müxalifət yox, məhz mitinqçilər) son kadr təyinatlarını da dövlətimizin başçısının maaş və pensiyaların artırılmasıyla bağlı sərəncamlarına yanaşmada olduğu kimi öz süni, qərəzli və cılız məntiqlərinə uyğun şəkildə şərh etdiklərini görərək, bir neçə kəlmə də mən öz fikirlərimi bildirmək istəyirəm”. 

Bunu isə millət vəkili Sahib Alıyev bildirib.

Onun fikrincə, bu kadr təyinatlarına ilk növbədə elə əhalinin sosial təminatının yüksəldilməsi yönündəki sərəncamların davamlı olmasının təmin edilməsi üçün atılan addımlardan biri kimi baxmaq lazımdır:

“Çünki bir ölkədə sabitlik yoxdursa, orada iqtisadi artım ola bilməz, iqtisadi artım yoxdursa, sosial durumun yaxşılaşdırılmasından danışmaq nonsesdir. Bəli, cənab Prezidentin bu bir növ rotasiya xarakterli yeni təyinatları da, digər kadr təyinatları kimi proqnozlaşdırılmamışdı və o haqda heç bir informasiya sızıntısı yox idi. Amma bu qəfilliyin arxasında belə demək mümkünsə, Ulu Öndər Heydər Əliyevdən əxz edilən dəmir məntiqin dayandığını, bütün incəlikərin nəzərə alındığını, hər şeyin ölçülüb-biçildiyini, müəyyən sahələrdə daha effektli nəticələrə aparıb çıxaracağını da görməmək də mümkün deyil.

Başında cənab Prezidentin özünün durduğu Təhlükəsizlik Şurası elə bir qurumdur ki, onun katibi əmin-amanlığımızı təhdid edən bütün risqlərin qaynaqlarını və zərərsizləşdimə yollarını dəqiq bilən, geniş dünyagörüşlü bir dövlət adamı olmalıdır. Həm sovet dönəmində, həm də müstəqilliyin ilk illərində insanlarımızın heç də birmənalı yanaşmadıqları bir qurumu hazırda güvənilən, saat mexanizmi kimi dəqiq işləyən, təhlükəsizliyi necə təmin etməsi digər ölkələr üçün də örnək sayılan hüquq-mühafizə orqanına çevirməyi bacaran keçmiş Daxili işlər naziri Ramil Usubov məhz elə biridir. Yüksək səviyyəli peşəkardır, böyük idarəçilik təcrübəsi var, enerjilidir, diqqətlə izlədiyi mediaya, cəmiyyətə açıqdır, təvazökardır, bir sözlə, əsl dövlət adamına xas keyfiyyətlərin daşıyıcısıdır. 

Yeni Daxili işlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev onlara rəhbərliyi tapşırılan stukturlarda, yüksək vəzifə tutmuş, uzun müddət iş təcrübəsi olan, orada çalışanların və bütövlükdə cəmiyyətin hörmətlə yanaşdıqları peşəkarlardır ki, bu da heç kimə sir deyil. 

Dövlət sirlərinə çıxışı olan və onun qorunması yollarını artıq yetərincə bilən Mətət Quliyevin Hərbi sənaye naziri təyin edilməsinin hansı zərurətdən irəli gəldiyi də aydındır.  Bütün bu kadrları birləşdirən və örnək sayıla biləcək bir keyfiyyətləri isə onların yüksək sədaqətliliyi, bu dövlətin yolunda gözlərini belə qırpmadan hər addımı atmağa, hər cür fədakarlığı etməyə hazır olmalarıdır. Hər birinə yeni işlərində uğurlar arzulayıram! Tanrı dövlətimizi və Prezidentimizi qorusun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

SOSİAL SAHƏDƏ İNQİLABİ ADDIMLARIN NÖVBƏTİ MƏRHƏLƏSİ – Paşayeva yazır

Read Next

“MDB məkanında göstəriciyə görə ən qabaqcıl ölkələr sırasına çıxmışıq” – SƏMƏDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir