Zeynəb Xanlarovanın oğlu Ramiz Həsənova müavin təyin olundu – FOTOLAR – YENİLƏNİB

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub.

Etikxeber.az-ın “APA-Economics”-ə istinadən verdiyi məlumata görə, Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.

Bunadək N. Rəhimov komitənin Aparat rəhbərinin müavini, R. Babayev isə adıçəkilən qurum yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində çalışıb.

Onu da qeyd edək R. Babayev  SSRİ Xalq artisti, ünlü sənətkar, millət vəkili Zeynəb Xanlarovanın və mərhum Səlim Babayevin oğludur.

R. Babayev həm də sabiq deputat, eks icra başçısı və keçmiş səfir Arif Ağayevin kürəkənidir.

ramiz-2

ramin

 

Etikxeber.az

Read Previous

Oğrular tutulub

Read Next

Lukaşenko Rusiyanı dövlətlərarası müqavilələri pozmaqda günahlandırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir