Ramiz Mehdiyev Əli Abbasovu Vasif Abbasovla-ƏVƏZLƏDİ…

AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” (YTP) MMC-nin direktoru vəzifəsinə təyin olunub.

O, bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Etikxeber.az-a verilən məlumata görə, V. Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

“Rusiyadakı səfirimiz hara baxır?…Onu Moskvaya kef çəkməyə,özünə yubiley konsertləri təşkil edib,mahnı oxumağa göndərməmişik!”-KEÇMİŞ MİLLƏT VƏKİLİNDƏN SƏFİRƏ SƏRT SÖZLƏR

Read Next

“Türkiyə və Azərbaycanın bütün təhlükələrə, təhdidlərə, düşmənlərə, şər qüvvələrə qarşı birləşməsi artıq reallığa çevrilir…”-SABİQ DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir