Ramiz Mehdiyev Akif Əlizadəyə qarşı-AMEA-DA CİDDİ DƏYİŞİKLİKLƏR, LƏĞVETMƏLƏR OLACAQ…

Biz də eşitmişik ki, AMEA-da çox ciddi dəyişikliklər olacaq. Konkret olaraq, keçmiş və uğursuz, adı bir çox xoşagəlməz işlərdə, qalmaqallarda hallanan eks-prezident Akif Əlizadənin AMEA-da yaratdığı qondarma “institutlar” ləğv ediləcək. Eyni zamanda, digər mühüm və vacib addımlar atılacaq, dəyişikliklər baş verəcək. Bunlara çox ciddi ehtiyac var. Ancaq təbii ki, dəyişikliklərin necə və nədən  ibatət olacağını AMEA-nın yeni rəhbəri və rəhbərliyi daha yaxşı bilir və bilər. Bizim bildiklərimiz bu qədərdir ki, çox mühüm dəyişikliklər olacaq. Olsun, biz də alqışlayırıq və alqışlayacağıq. Elmi, elm məbədini bazara çevirmək olmaz. Artıq, yetər!

Bunu Etikxeber.az-a açıqlamasında çox nüfuzlu və tanınmış elm xadimlərindən, akademiklərdən biri deyib.

Adının çəkilməsini istəməyən akademik AMEA-da islahatlara, dəyişikliklərə çox ciddi ehtiyac olduğunu, onun əvvəlki şöhrətinin, əsl elm məbədgahına çevrilməsinin vacibliyini  və zərurliyini vurğulayıb.

Qeyd edib ki, artıq bu yöndə konkret, ciddi addımlar atılmalıdır və atılacaq.

Adının çəkilməsini istəməyən başqa  bir akademik də AMEA-da dəyişikliklərin olacağını istisna etməyib və əlavə edib ki, qarşıdakı dönəmdə də bununla bağlı mühüm addımların atılması gözlənilir.

Onu da xatırladaq ki, “Demokrat.az”-ın yaydığı məlumata görə, akademiklər – Nazim Məmmədov, Vaqif Fərzəliyev, Fəxrəddin Qədirov, Əhliman Əmiraslanov, Teymur Kərimli Nərgiz Axundova akademiyanın vitse-prezidentlərinin köməkçiləri olacaqlar.

Həmçinin,  AMEA-nın iki institutunun – Qafqazşünaslıq və Elm Tarixi institutlarının  ləğvi nəzərdə tutulur.

Dekabrın 25-də AMEA-nın  növbədənkənar ümumi yığıncağı keçiriləcək və orada mühüm qərarlar açıqlanacaq.

Qeyd edək ki, Nərgiz Axundova SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanovun həyat yoldaşıdır. Əhliman Əmiraslanov və Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə Milli Məclisin deputatlarıdır.

Etikxeber.az

 

 

Read Previous

“Vətənə xidmətə görə” ordenini aldı, vəzifədən çıxarıldı və HƏBS OLUNDU…-SON İKİ AYDA

Read Next

Prezident DTX tərəfindən saxlanılan icra başçısını vəzifəsindən-AZAD ETDİ – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir