Ramiz Mehdiyev AMEA-nın prezidenti olarsa, onu – PA-DA KİM ƏVƏZLƏYƏCƏK?

Bu gün ( bir azdan) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidentinin kimliyi məlum olacaq.

Etikxeber.az-ın xəbərinə görə, 85 yaşlı akademik Akif Əlizadənin dünən istefa verməsi ilə əlaqədar AMEA-nın yeni prezidentini seçmək üçün təcili yığıncaq çağırılıb.

Yığıncağın, daha doğrusu, yeni prezident seçkisinin  AMEA-nın Rəyasət Heyətinin binasında keçiriləyəcəyi nəzərdə tutulur.

Seçkilərlə bağlı saat 15:30-dan qeydiyyatın başlanılacağı, namizədlərin irəli sürülməsi və səsvermə prosesinin isə saat 16:00-dan həyata keçiriləcəyi gözlənilir.

Seçkidə və səsvermədə ancaq AMEA-nın həqiqi üzvləri, 69 akademik iştirak edəcək.

amea-ramiz

Hələlik namizədin və ya namizədlərin adları sirr kimi saxlanılsa da, bununla bağlı artıq müxtəlif versiyalar irəli sürülür, adlar çəkilir.

Adları çəkilənlər arasında akademiklərdən – Prezident Administrasiyasının (PA) 81 yaşlı rəhbəri  və uzun illər bu qurumla sıx əlaqədə olan Ramiz Mehdiyevin və ya Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru Nərgiz Paşayevanın, yaxud,  institut direktoru Rasim Əliquliyevin daha çox AMEA-nın yeni prezidenti olacağı ilə bağlı fikirlər yer alır.

Ancaq daha çox PA rəhbərinin və ona yaxınlığı ilə seçilən R. Əliquliyevin şanslı olduğu söylənilir.

Qeyd edək ki, əgər R. Mehdiyevlə bağlı versiyalar, ehtimallar özünü doğruldursa və  AMEA-nın prezidenti seçilərsə, o zaman onun tutduğu vəzifədən getməsi gözlənilən və qaçılmazdır.

Yəni, AMEA-nın yeni prezidenti seçiləcəyi təqdirdə, P. Mehdiyev az qala 25 ilə yaxın müddətdə (1995-ci ildən)  icra etdiyi PA rəhbəri vəzifəsindən gedəcəyi və onun başqa bir nüfuzlu şəxslə əvəzlənəcəyi mümkün və reallaşmış olacaq.

Onun yerinə kimin təyin olunacağı  isə hələlik məlum deyil, müxtəlif versiyalar irəli sürülsə də.

Əgər R. Mehdiyev PA-dan gedərsə, o zaman oradakı yaşı 70-i keçmiş şöbə müdirləri və  onların müavinlərinin də vəzifələrindən gedəcəyi qaçılmaz olacaq.

Konkret olaraq, 2005-ci ildən PA-nın Kadr məsələləri şöbəsində söbə müdiri Tələt Məcidovun da vəzifəsindən gedəcəyi istisna olunmur və real görünür.

Etikxeber.az

Read Previous

Eks təhsil və vergilər naziri – MUSTAFAYEVİN YERİNƏ TƏYİN OLUNDU – SƏRƏNCAM

Read Next

Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar Agentliyi – LƏĞV OLUNDU – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir