Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Toy məsələsi və ondan sonra yaşanan, baş verən hadisələrlə bağlı akademik Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının (AMEA) prezidentliyindən istefa verməsi yönündə tələblər və çağırışlar səslənməkdədir. Hələlik bu məsələnin necə olacağı, reallaşıb-reallaşmayacağı dəqiq məlum deyil. Akademiyada da hazırda bu yöndə hansısa müzakirələr getmir, çoxları həm yay mövsümü, həm də pandemiya ilə bağlı məzuniyyətdədir. Odur ki, istefa məsələsi ola da bilər, olmaya da bilər. Bunu hadisələrin gedişatı göstərəcək.
Bunu Etikxeber.az-a açıqlamasında adının çəkilməsini istəməyən tanınmış akademiklərdən biri deyib.
![](http://etikxeber.az/wp-content/uploads/2017/07/ramiz-mehdiyev.jpg)
![](http://etikxeber.az/wp-content/uploads/2020/08/rasim_eliguliyev_030616-800x445-1.jpg)
“Eyni zamanda, istefa baş verəcəyi təqdirdə, təbii ki, yeni prezident seçilməli olacaq. AMEA-nın həqiqi üzvlərinin əksəriyyəti bu posta daha çox akademik Rasim Əliquliyevi layiq bilirlər. Çünki o kifayət qədər savadlı, bilikli, çevik, işgüzar, ən əsası təmiz insandır. Keçən seçkilərdə də çoxları onun seçiləcəyini zənn edirdi. Amma bu, baş vermədi. Əgər Ramiz müəllim AMEA prezidentliyindən getməli olarsa, bir çoxumuz onun yerinə məhz Rasim Əliquliyevin seçilməsini istərdik”-deyən akademikin sözlərinə görə, çünki indiki dövrdə bu qurumu idarə etməyə o daha çox layiqdir:
“Təbii ki, digərləri də var, onlar da şanslı görünürlər, onlar da layiqlidirlər. Ancaq mənim şəxsi fikirlərim bundan ibarətdir”.
Etikxeber.az