“Ramiz müəllim başda olmaqla, Rusiyada yaşayan soydaşlarımızı, uğurlu diaspor təşkilatlarımızı Qurban bayramı münasibəti ilə təbrik edirəm, bu bayram hər birinə düşərli olsun!”-VƏTƏNPƏRVƏR MÜĞƏNNİ TƏRANƏ NURLU

Hər zaman Şəhid ailələrinin və Qazilərin yanında olan Vətənpərvər müğənni Təranə Nurlu yenə Rusiya Federasiyasına, Vladivastok və Çita şəhərlərinə səfərdədir.

Vətənpərvər, sevilən müğənni xanım yenə həmin bölgələrdə yaşayan həmvətənlərimizlə, Rusiyada yaşayan soydaşlarımızla, diasporamızla bir aradadır.

Səfər zamanı Təranə xanıma həssas, qayğıkeş və diqqətcil münasibəti ilə seçilən həmvətlərimizdən biri də Rusiyadakı diaspor təşkilatlarından birinin-“Dostluq” təşkilatının rəhbəri, “Azərbaycan” qəzetinin baş redaktoru Ramiz Zeynalovdur.

Azərbaycansevərliyi, vətənpərvərliyi ilə seçilən Ramiz Zeynalov Rusiyada fəaliyyət göstərən ən uğurlu diaspor təşkilatlarından birinin rəhbəridir.

Təranı xanım da öz növbəsində həmvətənlərimizi, Rusiyada yaşayan soydaşlarımızı və uğurlu diaspor təşkilatlarımızdan birinin rəhbəri olan Ramiz Zeynalovu müqəddəs Qurban bayramı münasibəti ilə tədbirik etdiyini, Azərbaycandan kənarda yaşayıb, amma Azərbaycanı ürəkdən sevən azərbaycanlılarımıza gözəl, xoş, bayram əhval-ruhiyyəli günlər arzuladığını söylədi:

“Hər bir soyaşımızı, Azərbaycanı ürəkdən sevən, ona ürəkdən bağlı olan hər bir həmvətənimizi, o cümlədən gözəl, nəcib, xeyirxah insan olan Ramiz müəllimi və ailəsini Qurban bayramı münasibətilə təbrik edirəm. Allah hər birinin Qurbanını qəbul, bayramını mübarək etsin! Allah dünyada yaşayan azərbaycanlılarımızı və Qalib Azərbaycanımızı var etsin, qorusun!”-deyə, o, sözlərinə əlavə etdi.

Biz də öz növbəmizdə dünyada, o cümlədən Rusiyada yaşayan azərbaycanlılarımızı, soydaşlarımızı, Azərbaycan üçün çalışan uğurlu diaspor təşkilatlarımızı və diaspor nümayəndələrimizi Qurban bayramı münasibəti ilə təbrik edir, onlara həyatlarında, fəaliyyətlərində uğurlar arzulayırıq!

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

Azərbaycanda Milli Qurtuluş Günü-QEYD OLUNUR

Read Next

“Atasının qırxının səhərisi gün, oktyabrın 19-da Şəhid oldu…”-BAKILI, YASAMALLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, SUBAY, İKİ MEDALLI İSA MƏHƏRRƏMOVUN ANASI KƏMALƏ MƏHƏRRƏMOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir