Ramsey “Yuventus” ilə dörd illik müqavilə imzalayacaq…

İngiltərənin “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Aaron Ramsey “Yuventus” ilə dörd illik müqavilə imzalayacaq.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, “Arsenal” klubu ilə Ramseyin müqaviləsinin müddəti gələn il iyunun 30-da başa çatdığından futbolçu “Yuventus”a sərbəst agent kimi transfer olunacaq. “Yuventus”da futbolçunun maaşının ildə 8 milyon avro olacağı gözlənilir.

Cari mövsümdə Ramsey “Arsenal”ın heyətində 22 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Xatırladaq ki, futbolçu 2008-ci ildə “Kardif Siti” klubundan “Arsenal”a transfer olunub.

Etikxeber.az

Read Previous

Yolun açıq olsun, Vətən, yolun açıq olsun, sürətli Azərbaycan! – JALƏ ƏLİYEVA YAZDI

Read Next

2018-ci ildə Azərbaycanda 58 beynəlxalq turnir təşkil olunub…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir