Rasi-zadənin səlahiyyətlərindən biri ləğv olundu

artur16

Nazirlər Kabinetinə həvalə edilmiş səlahiyyətlərdən biri ləğv olunub.

Etikxeber.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli fərmanında dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Fərmana əsasən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na dəyişiklik edilib. Bu Qayda İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Qaydaya əsasən indiyə qədər investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub. Dəyişikliyə əsasən Nazirlər Kabinetinin bu sahədə səlahiyyəti ləvğ olunub. Bu sahədə səlahiyyət Azərbaycan prezidentinə məxsus olacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli fərmanına əsasən Nazirlər Kabineti investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib Azərbaycan prezidentinə məlumat verməli idi.

Etikxeber.az

Read Previous

Dövlət Baytarlıq Nəzarəti Xidməti: İsmayıllı rayonunda at əti satışının qarşısı alınıb

Read Next

Rio-de-Janeyroda paralimpiya kəndində Azərbaycan bayrağı qaldırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0