Rauf Əliyev: “Hər bir mərhələdə məşqçilər öz pulunu alır, amma…”

Azərbaycanda “İdman haqqında” qanuna əlavələrin edilməsi təklif olunur.

Etikxeber.az-ın məlumatına görə, bu təşəbbüslə çıxış edən Milli Məclisin (MM) Gənclər və idman komitəsinin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) və AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib ki, uşaqların məşğul olduqları kütləvi idman oyunları, o cümlədən futbolda uşaqlarla məşğul olan ilk məşqçiyə də idman klubunun transfer gəlirindən pul verilməlidir:

“Bu məsələ kütləvi idmana, o cümlədən daha çox futbola aiddir. Məsələn, bir uşaq 10 yaşından futbol məşqlərinə gedir, 12 və digər yaşlarından sonra onunla ayrı-ayrı məşqçilər məşğul olur və o, digər klubda çıxış edir. 17-18 yaşlarında o, artıq hansısa klubla müqavilə bağlayır, hər bir mərhələdə məşqçilər öz pulunu alır. Amma birinci məşqçi pulu almır. O da pul almalıdır. Bununla bağlı “İdman haqqında” qanuna dəyişiklik edilməlidir”.

Etikxeber.az

Read Previous

“Futboldan daha çox əlbəyaxa döyüş idman növləri ilə məşğul olanlara ehtiyac var” – ADİL ƏLİYEV

Read Next

MM-in komitəsi iclaslarını rayonlarda keçirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir