Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizədliyim qeydə alındı.
Etikxeber.az xəbər verir ki, bunu Əməkdar jurnalist Ləman Ələşrəfqızı deyib.
O, namizədliyi ilə bağlı sonra bunları qeyd edib:
“Dostlar, çətin bir yola çıxmışam, bilirəm. Amma sona qədər gedəcəm. İnşallah, qismətimdə varsa, hər şey yaxşı olacaq. İstəyən dostların duaları, sevimli yerlilərimin dəstəyi , Allahın köməkliyi iıə bu missiyanın öhdəsindən gəlməyə çalışacam. Təbrik etmək istəyənlər etsin, etməyənlərin canı sağ olsun”.
Qeyd edək ki, həmin dairədən hakim Yeni Azərbaycan Partiyası (YAP) professor, son iki çağırışda Oğuzu təmsil edən Aqiyə Naxçıvanlının namizədliyini irəli sürüb.
Həmin dairədə deputatlıq uğrunda daha çox adları çəkilən şəxslər arasında gərgin mübarizənin gedəcəyi qeyd olunur.
Eyni zamanda, daha bir tanınmış qələm sahibi və tanınmış siyasətçi, Əməkdar jurnalist, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun (Abbasovun) namizədliyi təsdiqlənib.
Belə ki, R. Arifoğlunun namizədliyi bu gün 35 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.
Qeyd edək ki, YAP R. Arifoğlunun seçkilərə qatıldığı dairədən-35 saylı Xətai üçüncü seçki dairəsindən Əliyev Turan Adil oğlunun namizədliyini irəli sürüb.
Ancaq həmin dairədə mübarizənin daha çox R. Arifoğlu ilə 3 dəfə millət vəkili olan və növbəti dəfə həmin dairədən seçkilərə qatılan sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə arasında gedəcəyi gözlənilir.
Onu da qeyd edək ki, hazırda həmin dairəni parlamentdə ASDP sədri Araz Əlizadə təmsil edir.
O, bu dəfə seçkilərə qatılmayıb.
Etikxeber.az