“Rayon yollarında yeni, müasir yol nişanların ehtiyac böyükdür” – DEPUTATDAN MARAQLI TƏKLİF

“Yol hərəkəti haqqında” qanuna edilən dəyişiklikdə daimi və müvəqqətin yol nişanlarının quraşdırılmasından söhbət gedir. Bu dəyişiklikləri müsbət qiymətləndirirəm. Lakin fürsətdən istifadə edərək müvafiq icra orqanlarından xahiş edərdim ki, rayonlar arası yol nişanlarının quraşdırılmasına daha ciddi diqqət yetirsinlər. Çünki Bakıda vəziyyət normal olsa da, rayonlar arası yollarda, yol qovşaqlarında adətən belə nişanlar ya qoyulmur ya da çox az qoyulur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Elmira Axundova deyib.

O, qeyd edib ki, bu yöndə təklifini və fikirlərini parlamentin son plenar iclasında da dilə gətirib.

elmira-heydar

“Bir da qeyd etmək istərdim ki, bu halda əsasən xarici qonaqlar, fərdi qaydada respublikada səyahət edən turistlər, elə özümüz də çox çətinlik çəkirik. Hərdən turistlər bir rayona keçənədək 3-4 dəfə maşını saxlamalı və yerli sakinlərdən düzgün istiqaməti öyrənməli olurlar. Nəzərə alsaq ki, ölkəmizə gələn xarici turistlərin sayı çoxalıb, onda bu məsələ onlar üçün böyük bir problemə çevrilir. Ona görə də, yenə təkrar edirəm Bakıda vəziyyət fərqli olsa da, rayon yollarında yeni, müasir yol nişanların ehtiyac böyükdür…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İlham ƏIiyevdən Əli Nağıyev və Vilayət Eyvazovla bağlı yeni – SƏRƏNCAM

Read Next

Jalə Əliyeva son sərəncamlar və təyinatlar barədə nə dedi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir