Raziyə Kamilqızının növbəti kitabının-TƏQDİMATI – FOTOLAR

26 dekabr tarixində Füzuli rayon Mədəniyyət evində AYB və AJB-nin üzvü Raziyə Kamilqızının (Rzayevanın) kitablarının sərgisi və “Tarix yazan lider” adlı kitabının təqdimatı keçrilib.

Etikxeber.az xəbər verir ki, Dövlət Himni səsləndirilib, mərhum Heydər Əliyev və Azərbaycan Respublikasınin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhramanların xatirəsi ehtiramla anılıb.

Mədəniyyət evinin direktoru Anar Ağayev tədbirdə iştirak edən müxtəlif rayonlardan gəlmiş şəhid ailələrini, ziyalıları və bütün tədbir iştirakçılarını salamlayib .

Ali Baş Komandana həsr edilmiş kitabın məhz Füzuli rayon Mədəniyyət Evində təqdimat olunmasından danışaraq Raziyə Kamilqızının vətənpərvər ruhda yazdığı kitablarla tanış olub, haqqında tədbirdə iştirak edənlərə geniş məlumat verib və ona gələcək işlərində uğurlar diləyib.

Tədbirdə şəhid xanımı Füzuli rayon Tarix diyarşünaslıq muzeyinin direktoru Xalisə Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Şahənə Kərimova,Füzuli rayon Mədəniyyət evinin əməkdaşı Eşqin Həsənov, Qarğabazar kənd Tarix diyarşünaslıq muzeyinin direktoru Nərminə xanım, Roma Dağıstanlı, Kürdəmir, Xudat, Xaçmaz, Şamaxı, Beyləqan, Tərtər, Ağcəbədi, Şirvan, Füzuli rayonlarından gələn şəhid ailələri, Füzuli rayon ictimayyət nümayəndələri kitablarla tanış olub, müəllifə uğurlar arzulayıblar.

Sonda Füzuli rayon Mədəniyyət Evinin direktoru Raziyə Kamilqızını təşəkkürnamə ilə təltif edib.

Tədbirdə iştirak edənlərə Raziyə Kamilqızının kitabları hədiyyə olunub və sonda xatirə fotoları çəkdirilib.

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

Deputatlara-QADAĞA…

Read Next

Əliyev Sankt-Peterburqda-LUKAŞENKO İLƏ BİR ARAYA GƏLDİ, “YEKATERİNA SARAYI”NDA OLDU, MDB DÖVLƏT BAŞÇILARININ QEYRİ-RƏSMİ GÖRÜŞÜNƏ QATILDI – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir