“Seymur bacaracaq, o, yeni nəsil nümayəndəsidir….”-AYDIN MİRZƏZADƏ SEYMUR ORUCOVUN MÜDAFİƏSİNƏ QALXDI, ONA GÖSTƏRİLƏN ETİMADI DOĞRULDACAĞINI DEDİ…

Son günlərdə cənab Prezidentin vəzifələrə təyin etdiyi şəxslərə verdiyi tapşırıqlar cəmiyyət tərəfindən müsbət qarşılanır.

Təyin edilənlər isə işlədiyi sahədə özünü müsbət tərəfdən tanıdan şəxslərdir və yüksək etimada layiq görülüblər

.Ancaq bu təyinatlara qarşı birbaşa çıxmasalara da, bəziləri təyin edilənlərdə qüsur axtarmağa cəhd edirlər.

Son təyin edilənlərdən ən çox hücuma məruz qalan isə YAP Gənclər Birliyinin sədri olan Seymur Orucovdur.

Ayrı-ayrı bucaqlardan onun haqqında “kompromat” yaymağa, ictimai fikirdə işə başlamamış onun haqqında neqativ yaratmağa çalışırlar.

Ən son “şedevr kompromat” isə onun ingilis dilində çıxışı olan videonun yayılması və onun bu xarici dili yaxşı bilməməsinin vurğulanmasıdır.

Tamamilə razıyam, Seymur ingiliscə nəinki Harvard səviyyəsində, heç Malta dialektində də danışa bilmir.

Ancaq bir məqam var ki, Seymur Ağstafada ingiliscə danışmağa yox, göndərildiyi rayonda ölkə rəhbərinin nümayəndəsi vəzifəsini yerinə yetirməyə göndərilib.

Ona ingilis dilində düzgün tələffüzə görə deyil, rayonun sosial-iqtisadi inkişafını təmin etməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, sahibkarlığa dəstəyinə görə qiymət veriləcək.

O, yeni nəsil idarəçiliyin nümunəsini yaradılmasında şəxsi nümunə olmalıdır.

Seymura qarşı hücum təsadüfi deyil, əsas hədəf cənab Prezidentin siyasi kursu, Yeni Azərbaycan Partiyasıdır.

Seymurun YAP sıralarında formalaşması partiyanın potensialını, Azərbaycan gənclərinin Heydər Əliyev yoluna inamını göstərir.

Seymur kimi gənclərimiz yüz minlərlədir, onlar müstəqil Azərbaycan müitinin yetirmələridir, onlar etimadı doğruldacaqlar.

Seymur isə qarayaxmalara əhəmiyyət vermədən, sadəcə, olaraq işləyir.

Prezidentin etimadını doğrultmağa çalışır, Ağstafada yeni mühit yaratmaq üçün çalışır.

İnanırıq ki, bu, onda alınacaq. İngilis dilini yaxşı bilməsə də.

11:06, 26 may

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

Kosta zədə səbəbindən karyerasını-BAŞA VURA BİLƏR…

Read Next

“Həyata keçirilən sosial layihələr vətədaşlarda, gənc ailələrdə böyük məmnunluq yaradır”-MİLLƏT VƏKİLİ PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTİN ŞAMAXI SƏFƏRİNDƏN VƏ ORADAKI AÇILIŞLARDAN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir