İspaniyanın “Real Madrid” futbol klubu “Tottenhem” komandasının yarımmüdafiəçisi Kristian Eriksenlə razılığa gəlib.
Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin 2020-ci ilədək London klubu ilə müqaviləsi var.
Qeyd edək ki, danimarkalı yarımmüdafiəçi 2013-cü ildə “Ayaks” klubundan “Tottenhem”ə transfer olunub.
O, cari mövsümdə London klubunda keçirdiyi 33 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə edib.
Etikxeber.az