“Real”- “Atletiko”: 3-0, RONALDO HET-TRİK ETDİ- YENİLƏNİB

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Etikxeber.az xəbər verir ki, ilk oyun günündə “Real” öz meydanında “Atletiko”nu qəbul edir.

“Real” Ronaldonun qolu ilə 10-cu dəqiqədə önə keçib: 1-0

***

K. Ronaldonun 73 və 86-cı dəqiqələrdə vurduğu növbəti  qollarla “Real” rəqibini 3:0 hesabı ilə məğlub edib.

Bununla da K.Ronaldo Çempionlar Liqasında ardıcıl ikinci oyunda het-trik edib.

Bundan əvvəl, o, Münxenin “Bavariya” klubunun qapısından 3 top keçirmişdi.

Beləliklə, “Kral” klubu ardıcıl ikinci il Çempionlar Liqasının finalına vəsiqə qazanmağa yaxınlaşıb.

Qeyd edək ki, Dieqo Simeonenin komandası UEFA Çempionlar Liqasının 2013-2014-cü və 2015-2016-cı il mövsümlərinin final qarşılaşmalarında “Real Madrid”ə məğlub olub.

Yarımfinal mərhələsinin digər matçı bu gün Fransada “Monako” və “Yuventus” komandaları arasında baş tutacaq.

Etikxeber.az

Read Previous

Nərgiz Paşayeva, Gövhər Baxşəliyeva, Misir Mərdanov … – SİYAHI

Read Next

Qaçqın statusu verilən əcnəbilər barədə məlumat “Sərhəd nəzarəti” altsisteminə daxil olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir