“Real”, “Liverpul”, “Zirə” sevinçli… – NƏTİCƏLƏR – FOTO

Sentyabrın 14-də futbol İngiltərə İspaniya La Liqasının dördüncü turuna start verilib.

Etikxeber.az xəbər verir ki, turun ilk oyunu “Santiaqo Bernabeo” stadionunda keçirilib. Çempionluğa iddialı “Real Madrid” “Levante” komandasını qəbul edib.

Meydan sahibləri 3:2 hesablı çətin qələbə qazanıblar. Madrid təmsilçisinin heyətində Kərim Benzema (2) və Kazemiro, qonaqların heyətində isə Borja Mayoral və Qonsalo Melero fərqləniblər.

Bu qələbə sahəsində “Real Madrid” xallarının sayını 8-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Levante” isə 6 xalla 5-ci yerdə qərarlaşıb.

Çempionatın lideri “Atletiko Madrid” səfərdə “Real Sosyedad”a 0:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyətə baxmayaraq “Atletiko Madrid” 9 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır. Üçüncü yeri isə 8 xalla “Atletiko Bilbao” komandası tutur.

Madridlilərin əzəli rəqibi olan “Barselona” bu gün öz meydanında “Valensiya” klubunu qəbul edəcək.

Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Çempionata uğursuz başlayan kataloniyalılar üç oyundan cəmi 4 xal toplaya bilib.

İngiltərə Premyer Liqasının beşinci turunda da maraqla gözlənilən qarşılaşmalardan biri Liverpulda keçirilib.

Turnir cədvəlinin lideri “Liverpul” komandası “Nyukasl Yunayted”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1. Qolları qonaq komandanın qapısına Sadio Mane (2) və Məhəmməd Salah vurub.

“Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanıb. Beş oyundan 15 xal toplayan liverpullular turnir cədvəlinin yeganə lideridir. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.

Azərbaycan Premyer Liqasında isə dördüncü tura start verilib.

Turun açılış görüşü “Kapital Bank Arena” stadionunda keçirilib. “Zirə” klubu “Sumqayıt” komandasının qonağı olub.

Görüş Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandadan qolları Xulio Sezar Rodrigez və Şafik Tiqrudja vurub. Meydan sahiblərindən isə Tellur Mütəllimov fərqlənib.

Bu qələbədən sonra “Zirə” xallarının sayını 7-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Sumqayıt” isə 3 xalla 7-ci yerdədir.

Etikxeber.az

Read Previous

“Valideynləri və şagirdləri mənim adımdan təbrik edin…” – Birinci vitse-prezident və qızı məktəb açılışında – ŞAMAXIDA – FOTOLAR – YENİLƏNİB

Read Next

“Sabah” “Qəbələ” ilə bacara bilmədi – 0:1

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir