“Real Madrid” La Liqada ardıcıl dörd səfər oyununda qalib gələ bilmədi…

“Real Madrid” futbol klubu İspaniya çempionatının 18-ci turunda səfərdə “Selta” ilə oyunda 2:2 hesablı heç-heçə edib.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, ardıcıl dörd səfər oyunudur “Real” qalib gələ bilmir. Daha əvvəl “Real” “Atletik” və “Atletiko” ilə qolsuz heç-heçə edib, “Jirona”ya isə 2:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, sonuncu dəfə kral klubu 2008-ci ilin dekabrında ardıcıl 4 turda qələbə qazana bilməyib. Həmin vaxt Madrid klubu 1 oyunda heç-heçə edib və 3 matçda məğlub olub.

Etikxeber.az

Read Previous

“Ərdoğanı dəstəkləmə qərarı ala bilərik…” – BAXÇALI

Read Next

Azərbaycan birgə fəaliyyət göstərməkdə maraqlıdır – PREZİDENT – YENİLƏNİB – (1) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir