Regional məsələlər komitəsinin növbəti-ONLAYN İCLASI KEÇİRİLDİ, PANDEMİYADAN DANIŞILDI…-YENİLƏNİB

Bu gün Milli Məclisin (MM) Regional məsələlər komitəsinin növbəti onlayn iclası keçiriləcək.

Bu haqda Etikxeber.az-a MM-dən məlumat daxil olub.

İclasa komitənin rəhbəri Siyavuş Novruzov sədrlik edəcək.

İclasda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” və “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunlara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi nəzərdə tutulub. 

Onlayn iclasda Regional məsələlər komitəsinin növbəti dövr üçün fəaliyyəti, koronavirus infeksiyası ilə əlaqədar respublikamızın regionlarında fəaliyyət məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı  qarşıda duran vəzifələr və həyata keçirilən sosial tədbirlər barədə fikir mübadiləsi aparılacaq.

***

Layihə barədə danışan S. Novruzov adları çəkilən sənədlərə təklif olunan redaktə xarakterli düzəlişlər barədə məlumat verib.

Qeyd edilib ki, düzəlişlərə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi məsələlərinə  diqqət daha da artırılır. 

Onlayn  iclasda iştirak edən komitənin sədr müavini Elşən Musayev,  komitə üzvləri Nizami Cəfərov,  Kamran Bayramov, Malik Həsənov, Fəttah Heydərov, Cavid Osmanov,  Tahir Rzayev, Səbinə Xasayeva, Məzahir Əfəndiyev, Səttar Möhbalıyev,  Aqil Məmmədov,  Emin Hacıyev,  Əliabbas Salahzadə layihə barədə fikirlərini bildirərək, dəyişiklikləri məqsədəuyğun hesab ediblər. 

Müzakirələrin sonunda qanun layihəsi MM-in plenar iclasına  tövsiyə olunub.

Sonra onlayn iclasda cari işlərdən danışılıb, Regional məsələlər komitəsinin növbəti dövr üçün fəaliyyəti müzakirə edilib. 

 S. Novruzov çıxışında bildirib ki, Koronavirus (Covid-19) pandemiyasına qarşı mübarizədə respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlər görülür:

“Bütün resurslar səfərbər edilib. Prezidentin Ehtiyat Fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır, vətəndaşlara sosial dəstək göstərilir”.

 İclasda çıxış edən komitə üzvləri koronavirus pandemiyası ilə əlaqədar dövlət və Heydər Əliyev Fondu tərəfindən görülən işləri, həyata keçirilən sosial tədbirləri yüksək qiymətləndiriblər. 

Etikxeber.az

Read Previous

MM-in növbəti iclası: 19-da 19 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ – MİLLİ KOORDİNATORUN HESABATI DİNLƏNİLƏCƏK, ÜNVANLI SOSİAL YARDIMLA BAĞLI MƏSƏLƏYƏ BAXILACAQ…

Read Next

Qədim azərbaycanlıların izi ilə: Uzaq Nepalla Azərbaycanı nələr birləşdirir?-ARAZ ŞƏHRİLİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir