“Regionda yaratdığımız yeni geosiyasi reallığı düşgün oxumalı, yeni siyasi tablonu bütöv görməyi bacarmalıyıq…”-MİLLƏT VƏKİLİ

Hazırda 44 günlük müharibə Azərbaycanın qəti və tam qələbəsi ilə başa çatıb. Ermənistan məğlubiyyət aktına qol çəkib və əldə olunan üçütərəfli razılaşmaya əsasən təsdiq edilmiş qrafikə uyğun olaraq, Azərbaycanın ərazilərindən hərbi birləşmələrini və qeyri-qnuni məskunlaşdırılmış sakinlərini geri qaytarır .Ancaq əvvəlcədən razılaşdırılmış qrafikdə Rusiya Federasiyası Prezidentinin xahişi ilə dəyişiklik edildi və ermənilərə daha 10 günlük vaxt verildi. Bu hər şeydən öncə məsələnin həllində yaranmış texniki problemlər və real vəziyyətlə əlaqədardır. Çünki Kəlbəcər- Basarkeçər (Vardenis) yolunun yükgötürmə qabiliyyəti məhduddur və torpaqlarımızdan çıxmaq məcbiriyyətində qalan düşmənlərimizin əvvəlcə razılaşdırılan müddətdə ərazilərimizi tərk etməsini mümkün etmir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu deyib.

Bildirib ki, belə olan halda bizim iki yolumuz var idi: Ya düşmənlərimizin və işğalçı erməni ordusunun məğlub əsgərlərininin qalanlarının ərazilərimizi tərk etmələri üçün əlavə vaxt verməli idik, ya da müzəffər ordu birliklərimiz vasitəsilə yolu bağlamalıydıq.

“Bizim məqsədimiz düşmən qüvvələrin ölkəmizi tərk etməyə məcbur etmək olduğu üçün onalra bir qədər daha vaxt verdik. Əks təqdirdə ya onları məhv etməli ya da girov saxlamalı idik ki, bu da Azərbaycanın məqsədləri içərisində deyildi. Çünki Azərbaycan böyük və məsuliyyətli dövlətdir, böyük qalibiyyət əldə edib və bu qalibiyyətə humanitar kontekstə kölkə salamaq və və beləliklə də informasiya müharibəsində ermənilər və onların havadarlarına əleyhimiz arqumentlər vermək bizim maraqlarımızsa zidd idi. Unutmaq olmaz ki , müharibə döyüş meydanında başa çatsa da diplomatik , informativ və siyasi müstəvidə hələ də davam edir. Hər kəsə aydındır ki , birinci Qarabağ savaşında erməni vandlları və terrorçuları bizim dinc sakinlərimizə qarşı əsl terrorçu kimi davranaraq onlara qarşı ən alçaq addımlar atmış, cəmisi 10 saat ərzində öz doğma yurdalrından çıxmaları üçün tələb qoymuşdular.

Biz bunu əsla unutmadıq və unutmağa da haqqımız yox idi. İknici Qarbağ savaşında bizə qarşı törədilən bütün cinayətlərin, o çümlədən Kəlbəcərimizdə törədilən cinayətlərin hamısının qisasını döyüş meydanında arıqlaması ilə aldıq. Düşmənə qan uddurduq. Döyüş meydanında və diplomatiyada elə dərs verdik ki, bu tarix boyu unudulmayacaq. Hazırda siyasi diplomatik müstəvidə müharibə davam etməkdədir. Azərbaycan diplomatiya tarixinə düşəcək elə strateji qərarlar qəbul edir ki, bu uğurlar təkcə Azərbaycanın statusunu deyil, bütövlükdə regionumuzun geostrateji mənzərəsini kardinal şəkildə dəyişir. Bu, bizim tarixi zəfərimiz, tarixi uğurumuz, ermənilərin isə sözün əsl mənasında tarixi məğlubiyyətləridir. Ona görə də hazırda regionda yaratdığımız yeni geosiyasi reallığı düşgün oxumalı, yeni siyasi tablonu bütöv görməyi bacarmalıyıq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Covid 19″-un Zərdabda da sürətlə yayılması ilə bağlı olaraq həftə sonu TƏBİB-in rəhbərliyi ilə danışıb, vəziyyət haqqında məlumat verdik və…”-MİLLƏT VƏKİLİ HƏYƏCAN TƏBİLİ ÇALDI

Read Next

“Görüləcək hələ çox işlərimiz var: Dağıdılmış bütün şəhərlərimiz, kəndlərimiz yenidən tikiləcək və oraya yenidən həyat qayıdacaq…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir