“Regionlarda ödənişsiz hüquq məsləhətxanaları yaradılmalıdır” – OMBUDSMAN

“Cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı çox danışılıb. Amma heç bir irəliləyiş yoxdur. Belə olsa onlar üçün də yaxşı olar. Məsələn,  aliment borcu olan bəzi məhbuslar borcunu ödəyərlər”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisdə (MM) 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən Azərbaycan Respublikasının İnsan Huquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman bir sıra təkliflərlə  də çıxış edib:

“Şəhid ailələrinə verilən sığortaların ödənilməsi ilə bağlı qaydalar təsdiqlənməlidir. Həmçinin,  regionlarda ödənişsiz hüquq məsləhətxanaları yaradılmalıdır. Bu həm insanların öz hüquqlarını müdafiə etmək, həm də bəzi məmurların özbaşınalığının qarşısını almaq üçün dəyərli olardı”.
KAMİL
Etikxeber.az

Read Previous

“Az qala evləri başına uçsun…” – DEPUTAT YAZIÇILARIN DURUMUNDAN ŞİKAYƏTLƏNDİ

Read Next

Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmini haqqında Fərman imzalandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir