Rektor “İlin tələbəsi”nin qalibləri ilə görüşdü – FOTO

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Universitet YAP Gənclər Birliyinin təşkilatçılığı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə keçirilən “İlin tələbəsi” müsabiqəsinin qalibləri ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, görüşdə Y. Yusibov bildirib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaradıb:

“Dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu gün Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında aktivlik nümayiş etdirir”.

Rektor tələbələr arasında sağlam rəqabət yaratmaq, onların elmə, təhsilə marağını artırmaq və fərqlənən tələbələrin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyan “İlin tələbəsi” müsabiqəsinin qaliblərini təbrik edib, onları daha böyük nailiyyətlər əldə etməyə səsləyib.

yusif-ganca

Qeyd edək ki, “İlin tələbəsi” müsabiqəsi tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə keçirilib.

Müsabiqədə yaradıcılıq, təhsil, idman, fəal magistr və ictimai fəallıq nominasiyaları üzrə 34 tələbə iştirak edib.

Təhsil nominasiyası üzrə Göyüş Şəfizadə, idman nominasiyası üzrə Arzu Heydərov, yaradılcılıq nominasiya üzrə Nəzrin Rəsulova, ictimai fəalllıq nominasiyası üzrə Ulduza İsmayılova, Fəal magistr nominasiyası üzrə Elmin Məmmədtağıyev daha çox səs toplayaraq qalib adına layiq görülüblər.

Sonda qalib tələbələrə təntənəli şəkildə diplom və qiymətli hədiyyələr verilib, müsabiqənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə, “Xəmsə Cinema Plus” kinoteatrının və “Nyam-Nyam” kafesinin rəhbərliyinə minnətdarlıq edilib.

yus-kit

Etikxeber.az

Read Previous

Aydın Mirzəzadənin “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” adlı kitabı işıq üzü gördü – FOTO

Read Next

Qənirə Paşayeva: “Günahkarların mühakimə olunması üçün…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir