Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyev Cəfər Cəfərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Сəfər Əsəd oğlu Cəfərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Cəfərov Cəfər Məmməd oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Cəbrayılov Məlikməmməd Saday oğlu
Əliyev Ramiz İbrahim oğlu
Qarayev Məmməd Abbas oğlu
Quliyev Elman Hilal oğlu
Rüstəmov Fərrux Abbas oğlu
Sultanov Oqtay Balaqədəş oğlu
“Tərəqqi” medalı ilə
Abdullazadə Nazilə Əbdül qızı
Allahmanov Mahmud Qara oğlu
Aslanov Eldar İkram oğlu
Əhmədova Naibə Əhmədağa qızı
Əliyev Rəcəb Əhməd oğlu
Əliyev Soltan Hüseyn oğlu
Əliyev Vaqif Kamil oğlu
Hacıyeva Ülviyyə Davud qızı
Həsənova Laçın Xalid qızı
Hüseynov Cahangir İslam oğlu
Kərimova Zülfiyyə Məhərrəm qızı
Qəribova Arifə Hacıbaba qızı
Mehbalıyeva Elnarə Cabir qızı
Məmmədov Razim Əli oğlu
Tağıyeva Zenfira Əsgər qızı
Umudov Qudrət Umud oğlu
Yusubov Fəxrəddin Allahverdi oğlu.
Etikxeber.az