“Rembo” prezidentə “yox” dedi

Sylvester Stallone at the Residenza di Pipette Hotel in Rome. Photo: Magnus Sundholm för the HFPA.

Hollivud aktyoru Silvester Stallone  ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın onun komandasında işləmək üçün təklif etdiyi vəzifədən imtina edib.
Etikxeber.az  “The VarietY”-ə istinadən xəbər verir ki,  D. Tramp Stalloneni öz komanadasına görmək arzusunda olduğunu bildirsə də, aktyor onun bu təklifini rədd edib.  
Stallonenin mətbuat katibi deyib ki,  aktyor veteranlarla bağlı təşkilatda daha fəal formada  və yaxından itirak  etmək istəyir:
“O  iş və ev tapa bilməyən müharibə veteranlarının, onların sosial problemləri ilə yaxından məşğul olduğundan hansısa  komandada işləmək niyyətində deyil”.
Qeyd edək ki, Tramp Stalloneyə  İncəsənətə Dəstək Milli Fonduna rəhbər vəzifəsini  təklif etmişdi.
Onu qeyd edək ki, Fond 1965-ci ildə yaranıb, incəsənət sahəsində və təhsil sahəsində  fəaliyyət göstərib.
Fondun rəhbəri dəfələrlə “Oskar” mükafatı laureatı Ceyn Aleksandr olub.
Etikxeber.az

Read Previous

Əliyev, Nazarbayev, Lukaşenko… FOTOLAR

Read Next

İlin ən yaxşıları açıqlandı- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir