“Repatrasiya haqqında” da qanun olacaq

Ölkə başçısının işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı, qaçqın və məcburi köçkünlərin geri dönməsi “Repatrasiya haqqında” yeni qanun layihəsinin hazırlanması istiqamətində aparılan işləri sürətləndirəcək.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli adıçəkilən komitənin yaz sessiyası ilə bağlı yanvarın 26-da  keçirilən iclasında söyləyib.

Komitə sədri ölkə Prezidentinin adıçəkilən sərəncamının çox yüksək və tarixi əhəmiyyətli sənəd olduğunu bildirib.

“Bildiyiniz kimi, repatrasiya ilə bağlı qanun layihəsi çoxdan bəri bizim gündəmimizdədir. Bu haqda da zaman-zaman danışmışıq. Ancaq Cocuq Mərcanlı ilə bağlı atılan addımlar repatrasiya ilə bağlı sənədə yenidən dönməni zəruri edir. Biz bu sənədə də yenidən dönməli, onun hazırlanmasını və müzakirələrə çıxarılmasını sürətləndirməyik. Bu sənədin də qəbuluna böyük ehtiyac var”-deyə, komitə sədri sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Komitə sədri: “Sağlam tənqidlə təhqirin bir-birinə qarışdırılmamasını istəyirik…”

Read Next

9+4 ölkə prinsipi ilə digər ölkələri monitorinqdən kənarda saxlamaq doğru deyil – SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir