Reproduktiv sağlamlıq və orqan donorluğu ilə bağlı qanun layihələri – BİRİNCİ OXUNUŞA ÇIXARILA BİLƏR

Musa QULİYEV: “Əgər payız sessiyası ərzində hüquqi ekspertiza bitərsə, insan orqan və toxumalarının donorluğu ilə bağlı qanun layihəsi də ən azı birinci oxunuşun müzakirələrinə təqdim edilə bilər…”

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi artıq tam hazırdır, onun payız sessiyasında müzakirələrə çıxarılması realdır.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlamentin qarşıdan gələn payız sessiyasında adıçəkilən komitənin gündəmində olan qanun layihələrindən hansılarının müzakirələrə çıxarılmasının mümkünlüyü məsələsinə münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, sənəd birinci oxunuşa çıxarıla bilər, burada heç bir problem yoxdur.

M. Quliyev qanun layihəsi ilə bağlı mübahisəli məqamların tam aradan qaldırıldığını da sözlərinə əlavə edib.

Payız sessiyasında müzakirəsi gözlənilən qanun layihələrindən biri də “İnsan orqan və toxumalarının donorluğu haqqında” qanun layihəsidir.

MECLIS_OQTAY_YENI

musa-urud

“Adıçəkilən qanun layihəsi də tam hazırdır və onunla bağlı müvafiq, əlaqədar nazirliklərin, qurumların rəyləri də komitəmizə daxil olub. Amma “Normativ hüquqi aktlar haqqında” qanuna, o cümlədən, Milli Məclisin Daxili Nizamnaməsinə edilən son dəyişikliyə görə, bu sənəd hüquqi ekspertizadan keçirilməlidir.

Artıq payız sessiyası başlayır, komitə iclasları da başlayanda biz onu Milli Məclisin Aparatına-hüquqi ekspertizaya təqdim edəcəyik. Əgər payız sessiyası ərzində hüquqi ekspertiza bitərsə, bu qanun layihəsi də ən azı birinci oxunuşun müzakirələrinə təqdim edilə bilər…”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İkinci erməni dövlət olmayacaq, buna imkan verilməyəcək…” – MİLLƏT VƏKİLİ

Read Next

Daha iki qanun layihəsi gəlir – PAYIZ SESSİYASI ÜÇÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir