“Respublikaçılar”-ın seçkiöncəsi qurultayı təxirə salınmayacaq”-TRAMP BƏYAN ETDİ

Koronavirus pandemiyasına baxmayaraq, ABŞ-da Donald Trampın yeni müddətə prezident postuna namizədliyinin irəli sürüləcəyi Respublikaçılar partiyasının seçkiöncəsi qurultayı təxirə salınmayacaq.

Etikxeber.az xəbər verir ki, bunu ABŞ prezidenti şənbə günü Ağ evdə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Bizim ehtiyat planımız yoxdur. Qurultay avqustun sonlarında baş tutmalıdır. Düşünürəm ki, o vaxta qədər bizdə hər şey yaxşı olacaq. Qurultay Şimali Karolina ştatının Şarlott şəhərində keçiriləcək” – deyə, Donald Tramp bildirib.

Respublikaçılar partiyasının milli qurultayı avqustun 24-27-nə planlaşdırılıb.

Donald Tramp artıq prezident seçkilərində iştirak etmək üçün nümayəndələrin yetərincə səsini toplayıb. ABŞ-da prezident seçkiləri noyabrın 3-də baş tutmalıdır.

Etikxeber.az

Read Previous

Qoşulmama Hərəkatına üzv ölkələr də Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i-TANIMADI…

Read Next

“Hamımızın məlum koronavirus səbəbiylə yaşadığımız təlaşlı günlərdə bu xəbər çox sevindirici oldu…”-DEPUTATDAN HƏKİMLƏRƏ MİNNƏTDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir