Reus Dortmund şəhərinin ən yaxşı idmançısı seçildi

Almaniyanın “Borussiya” futbol klubunun yarımmüdafiəçisi Marko Reus 2018-ci ildə Dortmund şəhərinin ən yaxşı idmançısı seçilib.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, 29 yaşlı almaniyalı yarımmüdafiəçi “Ruhr Nachrichten” qəzetinin oxucuları və “Radio 91.2” radiosunun dinləyiciləri arasında keçirilən sorğuda birinci olub.

Reus 11 min 300 nəfərin iştirak etdiyi səsvermədə 51.9 faiz səs toplayıb. İkinci yerdə avarçəkmə üzrə sabiq Olimpiya çempionu Rixard Şmidt (25.1 faiz) qərarlaşıb. İlk üçlüyü isə atlet Mohamed Mohamedi (23 faiz) tamamlayıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ildə Almaniya millisinin və Bundesliqasının ən yaxşı futbolçusu seçilib.

O, cari mövsümdə Dortmund təmsilçisinin heyətində 24 oyunda 14 qol vurub. Almaniya millisində isə 37 oyunda 10 dəfə fərqlənə bilib.

Etikxeber.az

Read Previous

İlham Əliyev Xocalı soyqırımı ilə bağlı sərəncam imzaladı

Read Next

Xorvatiya da Quaydonu tanıdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir