Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sentyabrın 8-də Bakı vaxtı ilə saat 02:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XV Yay Paralimpiya Oyunlarının möhtəşəm açılış mərasiminə start verilib.
Etikxeber.az xəbər verir ki, XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçiriləcək. Bu, “London-2012” Yay Paralimpiya Oyunları ilə müqayisədə 25 dəst çoxdur. Medal sayının artırılması yarışlarda qadın idmançılarının geniş heyətlə çıxışı ilə əlaqədardır.
Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparacaq. Onların 1650-si qadındır. Bu “London-2012”dən 9,9 faiz, “Atlanta-1996”dan isə iki dəfə çoxdur. Qadınlar 224 dəst medal uğrunda yarışacaqlar. Bu isə medalların 43 faizini təşkil edir.
Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar.
Maestro Joao Karlos Martinsin dirijorluğu ilə Braziliyanın dövlət himninin səsləndirilməsindən sonra yığma komandaların təntənəli keçidi olub.
İlk olaraq Müstəqil Paralimpiyaçı Atletlər Komandası arenaya daxil olub. Bu komandanın tərkibində iki qaçqın atlet var.
***
Sonra görmə qüsurlu rəqqaslar Renata və Oskar minlərlə kiçik projektor vasitəsilə işıqlandırılan səhnədə balet rəqsini ifa ediblər.
Daha sonra səhnəyə Paralimpiya bayrağı gətirilib və Paralimpiya Oyunlarının himninin müşayiəti ilə ucaldılıb. İdmançıların, hakimlərin və məşqçilərin adından Paralimpiya andı içilib.
Nəhayət, uzun səyahətdən sonra Paralimpiya məşəli “Marakana” stadionuna gətirilib. Braziliya millisinin heyətində ən çox medal qazanan idmançı (6 qızıl, 4 gümüş, 2 bürünc), üzgüçü Klodoaldo Silva XV Yay Paralimpiya Oyunlarının məşəlini alovlandırıb. Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.
XV Yay Olimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq.
Etikxeber.az