Rio-de-Janeyronun meri İlham Əliyevi təbrik etdi

Braziliyanın Rio-de-Janeyro şəhərinin meri Marselo Krivelladan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Sizi və xalqınızı Rio-de-Janeyro şəhərinin sakinləri adından böyük məmnuniyyət hissi ilə təbrik edirəm.

2015-ci ildən etibarən qardaşlaşmış Rio-de-Janeyro və Bakı şəhərlərinin əlaqələrinin göstəricisi olaraq, Rio meriyası bu əlamətdar yubileyin şəhərimizdə qeyd edilməsində Azərbaycan səfirliyinə kömək etmək üçün səylər göstərmişdir. Şənliklər Rio-de-Janeyrodakı əsas təhsil ocaqlarından biri olan Azərbaycan Bələdiyyə Məktəbində keçirilmiş və şəhərimizin ən məşhur rəmzlərindən sayılan İsa Məsihin abidəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmışdır.

Əminəm ki, bu tədbirlər xalqlarımızın dostluğunun möhkəmlənməsinə, ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcək”.

Etikxeber.az

Read Previous

XİN-dən “Albert Vayler” açıqlaması…

Read Next

Qusarın Köhnə Xudat–Həzrə avtomobil yoluna 4,1 milyon ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir