Rio Paralimpiadasının dördüncü günündə iki idmançımız mübarizə aparacaq

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının dördüncü günündə – sentyabrın 11-də Azərbaycanın iki idmançısı mübarizə aparacaq.

Etikxeber.az xəbər verir ki, paralimpiyaçılarımız atıcılıq və atletika yarışlarında qüvvələrini sınayacaqlar.

Milli komandamızın üzvü Yelena Taranova 25 metr məsafəyə qarışıq növdə atəşaçma yarışlarında gücünü sınayacaq. Atıcımız 31 idmançı ilə birlikdə mübarizə aparacaq.

Atletimiz Yelena Çebanu isə 200 metr məsafəyə qaçış yarışlarına qatılacaq. O, birinci qrupda almaniyalı Katrin Muller-Rottqard, Braziliya təmsilçisi Alisiya de Oliviera Korrea və Papua Yeni Qvineydan olan Joylin Ceffereyə qarşı yarışacaq.

Etikxeber.az

Read Previous

Bayramın ilk günü yağmurlu olacaq

Read Next

Azad Rəhimov: “Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir