Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İspaniyanın “Barselona” klubunun futbolçusu Artur Vidal karyerasını Fransada davam etdirə bilər.
Etikxeber.az-ın məlumatına görə, PSJ çilili yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Parislilər “Barselona”nın futbolçu üçün istədiyi 20 milyon avronu da ödəməyə hazırdır. Düzdür, İtaliya “İnter”i də cənubi amerikalını heyətində görmək istəyir. Amma PSJ-nin braziliyalı hücumçusu Neymarı geri qaytarmaq niyyətində olan “Barselona” üçün məhz fransalılarla danışıqlar daha cəlbedicidir. Çünki A.Vidalın bu komandaya keçidi braziliyalı ilə bağlı danışıqlara da müsbət təkan verə bilər.
Qeyd edək ki, A.Vidal “Barselona”da ötən mövsüm ümumilikdə 53 oyun keçirib və 3 qol vurub.
Eyni zamanda, İtaliyanın “Roma” klubu Bosniya və Herseqovinadan olan hücumçusu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb.
33 yaşlı futbolçu paytaxt təmsilçisi ilə üçillik müqavilə imzalayıb.
E.Dzeko 2016-cı ildən “Roma”nın şərəfini qoruyur. O, klubun heyətində keçirdiyi 179 oyunda 87 qol vurub və 38 məhsuldar ötürmə edib.
Etikxeber.az