Roma Papasnın Azərbaycana səfəri başladı

Roma Papası Fransiskin Azərbaycana səfəri başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, Heydər Əliyev adına hava limanında qonağı baş nazirin birinci müaviniYaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və qarşılayıb.

Səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək. Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək.  Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.

Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.

Bundan başqa, Fransisk “Heydər Məscidi” və  Şəhidlər Xiyabanına baş çəkəcək. Roma Papasının Bakıya səfəri bu gün axşam  başa çatacaq.

Etikxeber.az

Read Previous

Silahlı Qüvvələrə Yardım Fonduna 77 milyona yaxın vəsait yığılıb – NAZİRLİK

Read Next

Düşmən bu gecə atəşkəsi 12 dəfə dəfə pozdu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir